DSX rəisi erməniləri qorxuya salan döyüş məntəqəsində FOTOLAR

28 Dekabr, 2018 15:10 | Siyasət | Baxış sayı: 297
DSX rəisi Ermənistanla sərhəddə
DSX rəisi Ermənistanla sərhəddə

Elçin Quliyev təmas xəttində döyüş tapşırığını ye­rinə yetirən hərbçilərlə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Er­mə­nistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sər­həd döyüş məntəqələrində olub. O, təmas xəttində döyüş tapşırığını ye­rinə yetirən hərbi qulluqçularla görüşüb. 

DSX rəisi “Qazax” sərhəd dəstəsinin xidməti əra­zisindəki əməliyyat şəraiti, həmçinin ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləyib, Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarının ən yüksək səviyyədə icra edilməsi, döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin dö­yüş ruhunun və vətənpərvərlik hislərinin yüksəldilməsi, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli orqanları, Müdafiə Nazirliyinin xidməti ərazidə dislokasiya olunmuş hərbi hissə və birləşmələri ilə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə təşkil olunması, Qazax və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları və vətəndaşlarla  münasibətlərinin genişləndirilməsi istiqamətində göstərişlərini verib. 

General-polkovnik Elçin Quliyev Qazax və Ağstafa rayonlarının əra­zisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı sər­həd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazar­malarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış ol­ub.

Elçin Quliyev sər­həd dö­yüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltif edib.