Bakıda jurnalistin məhkəməsi oldu

28 Dekabr, 2018 18:53 | Siyasət | Baxış sayı: 57
Anar Məmmədov məhkəmədə
Anar Məmmədov məhkəmədə

Dövlət əleyhinə yönələn açıq çağırışlara görə ittiham edilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində criminal.az saytının rəhbəri Anar Məmmədovun məhkəməsi başlayıb. 

İstiPress-in məlumatına görə, iclasda A.Məmmədovun anket məlumatları dəqiqləşdirilib. A.Məmmədovun vəkili Elçin Sadıqov vəsatət verərək cinayət işinə xitam verilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. 

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses yanvarın 11-də davam etdiriləcək. 

A. Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.