Ermənistan üçün kədərli yeni il sürprizi

28 Dekabr, 2017 10:22 | Siyasət | Baxış sayı: 258
Gözəllik yarışması
Gözəllik yarışması

Erməninin titulu əlindən alındı

Ənənəvi gözəllik müsabiqəsi -  "Miss Diamond of the World 2017" qalmaqalla bitdi. İstiPress-in məlumatına görə, Ermənistan təmsilçisi Arsine Misiryanın titulu əlindən alınıb. 

Dekabr ayında Tiflisdə keçirilən müsabiqədə qaliblər onlara verilən ballarla seçiliblər. Erməni təmsilçi bu yarışın "vitse miss"i adına layiq görülüb. Lakin sonradan bəlli olub ki, əslində o heç bir yer tutmayıb və balların hesablanmasında xəta olub. Əslində bu ballar Rusiya təmsilçisinə yazılmalı idi. Səhvən Ermənistana hesablanıb. 

Müsabiqənin təşkilatçıları deyirlər ki, buna səbəb texniki nasazlıq olub. Amma ekspretlər bundan şübhə edirlər. Amma əsas odur ki, düzgünlük qələbə çaldı. Mükafat Rusiyaya verildi. Ermənistan isə kədər içində qaldı.