Ermənistan gələn ilin Aprel döyüşlərinə hazırlaşır

28 Dekabr, 2017 17:50 | Siyasət | Baxış sayı: 569
Serj Sarkisyan və Seyran Ohanyan aprel döyüşlərindən sonra
Serj Sarkisyan və Seyran Ohanyan aprel döyüşlərindən sonra

Serj Sarkisyan Rusiyadakı erməni “qanuni oğruya” müraciət etdi

Serj Sarkisyan prezidentlik müddəti başa çatdığı 2018-ci ilin 9 aprel tarixindən sonra da hakimiyyəti tərk etmək niyyətində deyil.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan  "Joxovurd" qəzeti yazıb. Qəzet öz fikirlərini Ermənistanın 2018-ci il üçün nəzərdə tutulmuş büdcə layihəsi ilə əsaslandırır:

"Serj Sarkisyanın hakimiyyətdən getmək niyyəti olmadığını 2018-ci ilin dövlət büdcəsi layihəsi də sübut edir, orada vəzifəsini tərk etmiş prezident üçün mənzil alınması və ya ofis icarəsi ilə bağlı maliyyə vəsaiti nəzərdə tutulmur".

Əslində, hakim Respublika Partiyasının rəhbərliyi də Sarkisyanın dövlət başçısı postunu tərk etməyəcəyini vurğulayır. Məsələn, partiyanın mətbuat katibi Eduard Şarmazanov jurnalistlərlə keçirdiyi dünənki görüşündə bildirib ki, Ermənistanda heç bir siyasi xadim ölkənin qarşısında duran məsələləri Serj Sarkisyan səviyyəsində idarə etmək iqtidarında deyil.

Əslində, 2018-ci ilin 9 aprel tarixində Serj Sarkisyan vəzifədən getməli idi və onun yerini Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan tutmalı idi. Məsələ bundadır ki, 1998-ci ildə Qarabağ klanı hərbi çevrilişlə Ermənistanda hakimiyyəti ələ keçirəndən sonra Ermənistanda hakimiyyət demokratiya görüntüsü altında Xocalı soyqırımında iştirak etmiş hərbçilər arasında “rokirovka” edilir. 

Çingiz Mustafayev Xocalıda erməi faşistlərin öldürdüyü azərbaycanlı qurbanları lentə alır
Çingiz Mustafayev Xocalıda erməi faşistlərin öldürdüyü azərbaycanlı qurbanları lentə alır

Əslində, bu, Moskvanın sifarişidir və Kreml bilir ki, bəşəriyyət əleyhinə cinayətdə əli olan rəhbərlər Rusiyanın qarşısında daha sözbaxan olurlar. Əks halda, Moskva həmin rəhbərlərin beynəlxalq Haaqqa məhkəməsinə təhvil verilməsini rahatlıqla təşkil edə bilər. Serebrennitsa soyqırımında iştirak etmiş serb siyasətçilərinin taleyi Ermənistan liderlərinin başının üstündə bir Domokl qılıncıdır və bu qılıncı Rusiya asıb. 20 ilə yaxındır bu siyasət Ermənistanda tətbiq edilir. Bu qayda ilə Robert  Koçaryan yerini Serj Sarkisyana verib, Serj Sarkisyan isə Xocalı soyqırımının digər cəlladı Seyran Ohanyana verməli idi.

Seyran Ohanyan və arvadı Rusanna Xaçaturyan
Seyran Ohanyan və arvadı Rusanna Xaçaturyan

Lakin Qarabağ klanına müxalif qüvvələr Seyran Ohanyanın arvadı Ruzanna Xaçatryanın gizli sevgilisi ilə birlikdə qəzaya düşməsi barədə xəbər yaydılar. Beləliklə, Qarabağ klanı varissiz qaldı, çünki ranqca klanda Seyrandan aşağı səviyyədə olan adam, hazırkı Baş Qərargah rəisi Movses Akopyan siyasi cəhətdən hələ ki, bu vəzifəyə hazır deyil. Buna görə Qarabağ klanı lider kimi yenidən Serj Sarkisyanı saxlamağ məcbur oldu. Hətta klanın mətbu orqanlarından biri, hadrutlu jurnalist Haykazn Qaqriyanın rəhbərlik etdiyi analitik portal “Lragir” Seyran Ohanyanı təbliğ etməyi dayandararaq bir neçə il ərzində tənqid etdiyi Serj Sarkisyanın alternativi olmadığını iddia etməyə başladı. 

Serj sarkisyan Rusiya kiminal dünyasının şefi Ded Xasanla bir masa arxasında

Amma Serj Sarkisyan qorxur. Qarşı tərəf bu dəfə də onun xanımı Rita Sarkisyan barədə hər hansı kompramat dərc edə bilər. “ArmenianReport” portalının yazdığına görə, Serj Sarkisyanın komandası Rusiyada fəaliyyət göstərən erməni əsilli “qanuni oğru” Robsona, daha doğrusu Ruben Tatulyana müraciət edib. Üzərində Ermənistanın diplomatik pasportunu gəzdirən, buna görə də əksər ölkələrin sərhədini yoxlanmadan keçən Robson İərvana gəlib və Ermənistan rəhbərliyinə adi bəzi şəxslərlə görüşüb. Onun Serj Sarkisyanın qardaşı Saşiklə əlaqəsi olduğu söylənilir. Ümumiyyətlə, Serj Sarkisyanın özünün də Rusiya “qanuni oğruları” ilə sıx əlaqələri var. Hələ 1993-cü ildə onun Rusiya kriminal dünyasının rəhbəri, yəzidi kürdü Ded Xasanla bir məclisdə iştirakının görüntüləri var. Böyük ehtimalla, Sarkisyanın vəzifə pilləri  ilə qalxmasında bu görüşün böyük rolu olub.

Bütün bunlar göstərir ki, Azərbaycan nə vaxtsa Ermənistanda Qarabağ klanının hakimiyyətdən gedəcyinə, yerinə Azərbaycana daha loyal olan ermənilərinə gələcəyinə ümid bağlamamalıdır. Rəsmi Bakı indiyə qədər davam etdirdiyi kursa sadiq qalaraq hərbi gücünü artırmalıdır ki, öz əsgərinin gücünə öz ərazi bütövlüyünü təmin edə bilsin.