Avropalı siyasətçilər Qarabağ getmək istəmədilər

28 Dekabr, 2017 11:40 | Siyasət | Baxış sayı: 124
Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Onlar Azərbaycanın icazəsi olmadan bu addımı atmayıblar

İrəvanda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitinə qatılan avropalı siyasətçilər Qarabağa getməkdən imtina etdilər. İstiPress-in "vestikavkaza"ya istinadla verdiyi məlumata görə, onlar Azərbaycanaın icazəsi olmadan işağal altında olan torpaqlara getmək istəməyiblər. 

Dağlıq Qarabağa səfər daha öncədən 15-16 dekabrda keçirilən sammitin gündəliyinə daxil edilib. Amma Alyansın icracı katibi Riçard Mislomi bunu Azərbaycanın ərazi bütövlüyü pronsipinin pozulması kimi qiymətləndirib. Bundan sonra səfər təxirə salınıb. 

Sammit iştirakçıları Azərbaycanın erməni işğalaında olan ərazilərinə səfərin qanunsuz olması barədə məlumatlandırılıblar. Erməni mətbuatının məlumatına görə, bundan sonra  sammitin bir neçə iştirakçısı Qaraabağa səfər edib. Amma əksəriyyət bundan yayınıb.