Türkiyədən ABŞ-ı qıcıqlandıracaq yeni addım

28 Noyabr, 2019 10:20 | Siyasət | Baxış sayı: 54
S-400-ün sınağı
S-400-ün sınağı

"İki S-400 batareyası ölkənin təhlükəsizliyi üçün kifayət deyil"

Türkiyənin əlindəki iki ədəd S-400 batareyası ölkənin təhlükəsizliyi üçün yetərli deyil. ABŞ-ı qıcıqlandıracaq bu açıqlamanı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib. Onun sölərinə görə, yeni sistemlərə ehtiyac var və bunu da Rusiya və ya ABŞ-dan ala bilərlər.

"Havadan müdafiə sistemlərinin maliyyəsi böyükdür. Amma bizim ehtiyacımız var. Hal-hazırda Türkiyənin sərhəddində qalacaq tək batareya İspaniyanın "Patriot"larıdır. İtaliyalılar "SAMP-T" hava müdafiə sistemlərini sərhəddən çəkirlər.  Dolayısı ilə Türkiyənin havadan müdafiə sisteminə ehtiyacı var. Amerika ilə münasibətlərimizi zəhərləyən, mənfi təsir edən məsələlər var. Bunlardan biri də S-400-dür. 

Bizim yeni sistemlərə ehtiyacımız var.  Sadəcə 1-2 ədəd S-400 yetərsizdir. Türkiyənin sərhədləri uzundur. Əgər Amerika zəmanət verəcəksə, sata biləcəksə "Patriot"da almaq istəyirik. Yenə də başqa ölkələrdən də ala bilərik. 

Ən pis ssenaridə "F-35" almadığımız  və bizim təyyarəyə ehtiyacımız olduğu zamanda başqa alternativləri də dəyərləndirməliyik. Həm bəhanələrlə satmayacaqlar, həm də "başqa yerdən almayacaqsan" deyəcəklər. Belə bir dünya yoxdur".

Xatırladaq ki, ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 sistemini almasına qəti etiraz edib, hətta onu alış-verişdən çəkindirmək üçün sanksiyalarla da təhdid edib. Buna baxmayaraq R.T.Ərdoğan geri addım atmaq niyyətində olmadıqlarını bəyan edərək adıçəkilən sistemin alınmasına dair müqaviləni imzlayıb. S-400 yay aylarından Türkiyəyə təhvil verilib. Bir neçə gün öncə isə sınağına başlanılıb. Bu da ABŞ-ın yenidən hiddətlnməsi ilə nəticələnmişdi.