Putinin "sağ əli" Bakıya gəlir

28 Noyabr, 2019 14:18 | Siyasət | Baxış sayı: 161
Sergey Lavrov
Sergey Lavrov

Lavrovun səfəri gələn həftə baş tutacaq

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya rəsmi səfərə gələcək.Rusiyalı nazirin səfəri gələn həftə baş tutacaq. Lavrovun dekabrın 2-3-də bakıda olacağı planlaşdırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı məlumat verib. 

Onun sözlərinə görə, səfər proqramına ölkə rəhbərliyi ilə görüş, XİN başçısı Elmar Məmmədyarovla danışıqlar daxildir. 

"Siyasi, iqtisadi, humanitar sahədə - ikitərəfli münasibətlərin inkişafı üçün dialoq davam etdiriləcək. Həmçinin 2020-ci il üçün xarici siyasət idarələrinin məsləhətləşmə planının da imzalanması gözlənilir".