Kraliça pensiyaya çıxır - Taxt kimindir?

28 Noyabr, 2019 14:33 | Siyasət | Baxış sayı: 72
Kraliça və ailəsi
Kraliça və ailəsi

Britaniyaya 18 ay sonra yeni şəxs rəhbərlik edə bilər

Böyük Britaniya kraliçası II Yelizaveta taxtdan gedir. Belə iddia onun oğlu şahzadə Endryunun adının qarışdığı qalmaqaldan sonra yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, kraliça 18 ay sonra rəsmi şəkildən taxt-tacından gedəcək.  

Yəni dünyanın ən uzun müddətli hakimiyyətdə qalan monarx üzvi 95 yaşında pensiyaya çıxacaq. Bəs onu kim əvəz edəcək? 

Bu sualla da bağlı bir neçə versiya səslənir. Onlardan ən geniş yayılanı kraliçanın oğlu şahzadə Çarlzın ölkənin yeni kralı olacağıdır. 
Bəziləri isə Britaniyada daha məşhur olan şahzadə Uilyamın nənəsinin yerini tutacağını düşünür.

Xatırladaq ki, kraliça son 3 ildə ictimaiyyət arasına çox az hallarda çıxır. Onun həyat yoldaşı Flipp də bir müddət öncə bütün vəzifələrindən imtina edərək pensiyaya çıxmışdı.

II Yelizaveta 1952-ci ilin fevral ayında 25 yaşında taxta çıxıb. Onun adı "ən uzun müddət taxtda qalan kraliça" kimi tarixə düşüb.

 

II Yelizaveta
II Yelizaveta