Albaniyada daha güclü zəlzələ oldu

28 Noyabr, 2019 19:35 | Siyasət | Baxış sayı: 110

İki gün öncə 6,4 bal gücündə zəlzələ olmuşdu

Albaniyada növbəti güclü zəlzələ baş verib.

İstiPress-in məlumatına görə, təkanlar Draça şəhərində qeydə alınıb. Xəstəxanalardan birində dağıntı olub. Xilasedicilər hadisə yerinə yollanıb. Tələfat barədə hələlik məlumat yoxdur.

Bildirilir ki, budəfəki zəlzələ əvvəlkindən daha güclü olub.  

Xatırladaq ki, noyabrın 26-da Albaniyada 6,4 bal gücündə zəlzələ olmuşdu. 40 nəfər ölüb, 650 nəfər xəsarət alıb.