Azərbaycanlı milyarderlər böyük təhlükə qarşısında

28 Noyabr, 2017 14:29 | Siyasət | Baxış sayı: 478
Milyard dollar - KOLLAJ
Milyard dollar - KOLLAJ

Oliqarxlar arasında böyük panika

ABŞ-da Konqresin hər iki palatasından keçən yeni qanun layihəsi Rusiyanın ən nüfuzlu oliqarxları arasında ciddi panika yaradıb.

İstiPress-in “BBC”yə istinadən verdiyi məlumata görə, “Guardian” qəzetinin şərhçisi  Natali Nuqeredin yazdığına görə qanun layihəsi Rusiyaya Ukrayna ərazilərini işğalı ilə bağlı tətbiq edilmiş sanksiyaların sərtləşdirilməsi ilə bağlıdır. Gələn ilin fevralında qüvvəyə minəcək yeni, əhatəli sanksiyalar Rusiyanın Putinlə yaxın olan ən nüfuzlu oliqarxlarına da şamil ediləcək. Yəni əslən Azərbaycandan olan milyarderlər - Qod Nisanov və ortağı Zarax İliyev, Putinin yaxın dostu İlham Rəhimov, həmçinin ən varlı azərbaycanlı milyarderlər Araz Ağalarov və Vahid Ələkbərov da sanksiyalarla üzləşə bilərlər.

Rusiya oliqarxları
Rusiya oliqarxları

Bu çərçivədə oliqarxların prezident Putinlə əlaqələri, korrupsiyaya dair dəlillər, oliqarxların sərvətlərinin təxmini həcmi və onların gəlir mənbələri barədə ətraflı hesabat hazırlayıb təqdim etməlidir. Konqres isə bu hesabat əsasında oliqarxlara qarşı fərdi sanksiyalar tətbiq edəcək. Bura aktivlərə həbs qoyulması və səyahət qadağasının tətbiqi də daxildir.

Sanksiyalar Rusiyada prezident seçkiləri ərəfəsi qüvvəyə minəcək. Belə bir vaxtda Putinə yaxın oliqarxlar xaricə çıxardıqları sərvətin taleyindən narahatdırlar. Natali Nuqeredin yazdığına görə, Rusiyalı oliqarxlar yanlarında lobbiçilər və hüquqşünaslar olmaqla dəstələrlə Vaşinqtona gedir, anlamağa çalışırlar ki, onları nə gözləyir. Oliqarxlar həm də bilmək istəyir ki, adların yer aldığı qara siyahı hazırlanacaqmı.