Rusiya ordusu Bağdadinin öldürülməsinə inanmır

28 Oktyabr, 2019 10:15 | Siyasət | Baxış sayı: 47
İqor Konaşenkov
İqor Konaşenkov

Müdafiə Nazirliyinin sözçüsü: "ABŞ buna dair sübutlar göstərməlidir"

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın İŞİD lideri Əbubəkr əl-Bağdadinin Suriyada öldürülməsi bəyanatına şübhə ilə yanaşıb.

İstiPress-in məlumatına görə, nazirliyin sözçüsü İqor Konaşenkov Amerikanı bununla bağlı fakt göstərməyə çağırıb. Onun sözlərinə görə, Suriya hökumətinin nəzarətində olmayan bütün torpaqlara “Əl Qaidə”nin şöbəsi olan “Nusra” nəzarət edir və ən böyük rəqibi olan İŞİD-in hər hansı üzvünü gördüyü yerdə qətlə yetirir:

“Bu səbəbdən İŞİD liderinin “Əl Qaidə”nin nəzarətindəki torpaqlarda olması şübhəlidir və ABŞ buna dair sübutlar göstərməlidir. Bundan başqa əməliyyatlarda iştirak edən dövlətlərin fərqli açıqlamalar verməsi də bəzi sual işarələri yaradır və şübhələri artırır”.