Mnatsakanyan BBC-nin Qarabağla bağlı sualları qarşısında aciz qaldı

28 Oktyabr, 2019 09:51 | Siyasət | Baxış sayı: 222

Ermənistan xarici işlər naziri Stiven Sakurun suallarından yayına bilməyib

21-22 oktyabr 2019-cu il tarixlərində Böyük Britaniyada işçi səfərdə olan Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan BBC telekanalının "Hard Talk" verilişində iştirak edib. BBC-də mütəmadi olaraq yayımlanan həmin verilişdə dünyanın müxtəlif ölkələrindən olan siyasi-ictimai xadimlər iştirak edir, aparıcının bu və ya digər mövzuda çətin və ziddiyyətli suallarına cavab verməli olurlar. Z.Mnatsakanyan da bu cür suallar qarşısında çıxılmaz və çaşqın vəziyyətdə qalıb.

İstiPress-in məlumatına görə, suallardan biri belə olub:

“Dağlıq Qarabağla bağlı yaranmış dalan vəziyyətindən çıxmaq üçün müəyyən yaradıcı təfəkkür lazımdır. Siz barışıq ruhunda son 20 ildən çox bir müddətdə Ermənistan hərbi qüvvələrinin ciddi zorakılıqlar törətdiyini etiraf etməyə hazırsınızmı? Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqının İnsan Hüquqları Məhkəməsi, Əmnesti İnterneşnl da bu fikirdədir. Əgər yeni hökumətin rəhbərliyi altında dinamikanı dəyişmək istəyirsinizsə, “Bəli biz keçmişdə törətdiyimiz zorakılıqlara görə məsuliyyət daşıyırıq” deməyə hazırsınızmı?

Mnatsakyan əvvəlcə bu sualdan yayınmağa çalışıb. Lakin Stiven Sakur sualı növbəti dəfə səsləndirib:

“Sualıma cavab vermirsiz. Yenə təkrarlayıram. “Hyuman Rayts”ın 1995-ci ildə geniştərkibli bir hesabatında qeyd olunur ki, Ermənistan hərbi qüvvələri Ermənistan respublikasının dəstəyi ilə müharibənin həmin dövründə törədilən əksər zorakılıqlara görə cavabdehlik daşıyır. 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanla bağlı 12 ittiham irəli sürdü. Onlardan 11-i Ermənistanın Avropa İttifaqı İnsan Hüquqları Konvensiyasını pozduğunu göstərir. Sualım belədir: Siz “Bəli keçmişdə səhvlər oldu, zorakılıqlar törədildi və biz, eyni zamanda, Azərbaycan baş verənlərə görə təəssüf etməli və sülh arayışında olmalıyıq” deməyə hazırsınızmı?”

Mnastakanyan belə cavab verib: "Bəli, dorğudur. Bu, irəliləyiş əldə etməyin bir yoludur. Lakin biz, eyni zamanda, ölkənin ən böyük prioriteti olan insanların təhlükəsizliyinin təmin edilməsi yolunu tapmalıyıq."

Stiven Sakur bunu belə qiymətləndirib: "Yəni hərbi qüvvələrinizin keçmişdə etdiklərinə görə peşmansınız."

Mnastakanyan yalnız onu deyə bilib ki, tərəflər prosesdə irəliləyiş əldə etmək üçün birlikdə konstruktiv addımlar atmalıdırlar.

​Verilişin aparıcısı mövzunu davam etdirərək Paşinyanın dediklərinin beynəlxalq hüquq, BMT və digər müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu əlavə edib, xüsusən də həmin gün Baş nazirin 80-90-cı illər müharibəsi vaxtı səslənən sloqanlarla müşayiət olunan unifikasiya (Qarabağın Ermənistanla birləşdirilməsi) çağırışları fonunda bunu sülh jesti kimi qəbul etməyin çətin olduğunu bildirib.

Stiven Sakur belə bir sual da verib: "Sən mənə sülh istədiyinizi söylədiniz - onda izah edin, niyə bir neçə ay əvvəl - avqust ayında baş nazir [Nikol Pashinyan] çox xarakterik bir bəyanat verərək tamamilə birmənalı şəkildə bəyan etdi: "Qarabağ Ermənistandır. Vəssalam"? O, sülhü belə istəyir?”

Zöhrab Mnatsakanyan dərin nokauta düşüb və sualdan qaçmağa çalışıb.