Ermənistan hərbi xərclərini artırır

28 Oktyabr, 2019 16:11 | Siyasət | Baxış sayı: 90
Ermənistan ordusunun Qarabağdakı hərbi hissəsi
Ermənistan ordusunun Qarabağdakı hərbi hissəsi

Paşinyan açıqlama verdi

Ermənistan 2020-ci ildə müdafiə xərclərini 2018-ci illə müqayisədə 25,3% artıracaq.

İstiPress-in məlumatına görə, ötən il Ermənistanın hərbi xərcləri 609 milyon dollar təşkil edib.

“Hərbi xərclər ÜDM-in 4 faizindən çox olmamalıdır. Bununla yanaşı, 2020-ci ildə hərbi sahədə bəzi xərclərin fərqli bir məntiqə uyğun həyata keçiriləcəyini bildirmək vacibdir ", - deyə Paşinyan bildirib.

"Korrupsiyaya qarşı mübarizədə qeydə alınan nəticələr Ermənistanın müdafiə səviyyəsini artırmaq üçün istifadə ediləcək", - deyə baş nazir qeyd edib.