Tramp Hindistanın dəvətini rədd etdi

28 Oktyabr, 2018 13:42 | Siyasət | Baxış sayı: 66
Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Respublika Günü tədbirinə qatılmayacaq

ABŞ Prezidenti Donald Tramp Hindistanın dəvətini rədd edib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, Amerika lideri gələn ilin yanvar ayının 26-da Respublika Günü ilə bağlı keçiriləcək bayrama əsas qonaq qismində dəvət edilmişdi. ABŞ rəsmiləri qışda prezidentin səfərinin baş tutmayacağını bildiriblər.

Hələlik Hindistan tərəfi bu barədə heç bir rəsmi açıqlama verməyib. ABŞ-ın bu ölkədəki səfirliyi də ölkə rəhbərinin xarici səfərləri haqqında məlumat vermək ixtiyarları olmadığını, bunu ancaq Ağ evin anons edə biləcəyini deyib. 

Məlumata görə, Trampın dəvətə rədd cavabaı verməsi bir necə siyasi məsələdə yaranmış fikir ayrılıqları ilə bağlıdır. Bura İran neftindən imtina da daxildir. Belə ki, Hindistan Amerika sanksiyalarına baxmayaraq İrandan xam neft alışını dayandırmaq niyyətində deyil. Bu isə Vaşinqtonun sərt reaksiyasına səbəb olur. 

Hindistanın Rusiya istehsalı olan "S-400" raket kompleksi almaq istəyi də ABŞ tərəfindən birmənalı qarşılanmayıb.