Sabah Azərbaycan, türk və gürcü nazirlər görüşəcək

28 Oktyabr, 2018 11:49 | Siyasət | Baxış sayı: 33
Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları
Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları

Üç XİN rəhbərinin görüşü İstanbulda keçiriləcək

Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zakaliani arasında 7-сi üçtərəfli görüş keçiriləcək. Görüşün sabah keçirilməsi nəzərdə tutulub. 

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu barədə xəbər yayıb. Məlumatda bildirilir: "Görüş zamanı üçtərəfli əməkdaşlıq üzrə tərəqqinin və son regional və qlobal hadisələrin müzakirəsi gözlənilir".

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri arasında 6-cı üçtərəfli görüş 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.