Putin İstanbulda prezidentlərə nə hədiyyə apardı?

28 Oktyabr, 2018 11:09 | Siyasət | Baxış sayı: 121
Sammitə qatılan liderlər
Sammitə qatılan liderlər

Peskov rus liderin Suriya ilə bağlı sammitə əlidolu getdiyini bildirib

İstanbulda Suriya ilə bağlı keçirilən sammitdə iştirak edən Rusiya prezidenti Vladimir Putin həmkarlarına qeyri-adi sovqat aparıb. İstiPress-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya lideri Ərdoğan, Merkel və Makrona Xantı-Mansiyskidən hədiyyələr edib. "Balıq, giləmeyvə, qoz və başqa yeməli şeylər". 

Xatırladaq ki, Suriya ilə bağlı sammit şənbə günü İstanbulda baş tutub. Sammitdə dörd ölkənin lideri Türkiyə, Rusiya, Fransa prezidentləri, eləcə də Almaniya kansleri iştirak edib.

Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Angela Merkel və Emanuel Makron arasındakı görüş 2 saatdan çox davam edib. Sammitdən sonra liderlər Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq edən dörd dildə yayaılan bəyannamə qəbul edilib. Bundan əlavə, liderlər münaqişənin hərbi həlli mümkün olmadığılna əminlik bildiriblər.