Kataloniyanın başçısı qadın oldu

28 Oktyabr, 2017 15:03 | Siyasət | Baxış sayı: 326
Sorayya Seans de Santamariya
Sorayya Seans de Santamariya

Kataloniya başçısının səlahiyyətləri İspaniya Baş nazirinin müavininə verilib

İspaniyanın Baş naziri Mariano Rahoy Kataloniya hökumətinin (jeneralitet) başçısı Karles Pumdemonun funksiyalarını öz üzərinə götürüb və onu birinci müavini Sorayya Seans de Santamariyaya ötürüb.

İstiPress xəbər verir ki, bundan sonra İspaniyanın Nazirlər Şurası Kataloniya Hökuməti Şurasının səlahiyyətlərini icra edəcək.

Karles Pumdemon sənəd rəsmən dərc olunandan sonra postunu tərk etməlidir. Onun bundan boyun qaçırması isə hakimiyyətin qəsb olunması kimi qiymətləndiriləcək.

Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Bundan bir saat sonra İspaniya senatı Kataloniyaya qarşı ölkə konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq barədə qərar qəbul edib. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini rəsmən vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-də növbədənkənar seçkilər təyin olunub.