Erməni dələduzluğunun qurbanı olan Xalq artisti

28 Oktyabr, 2017 12:35 | Siyasət | Baxış sayı: 227
Armen Ciqarxanyan
Armen Ciqarxanyan

Erməni dostları aktyordan aldıqları borcları yaddan çıxartmağa çalışırlar

Başqalarının əmlakını, pulunu, hətta ərazisini ələ keçirmək məsələlərində ermənilər çox bacarıqlıdırlar. Moskva teatrlarından birinin rəhbəri, SSRİ- xalq artisti Armen Ciqarxanyan ailəsində baş verənlər bunun ən yaxşı sübutudur.

Rusiya mətbuatı yazır ki, düz 10 il öncə xalq artisti özünün dostu və soydaşı olan Eddi adlı şəxsə borc verib. Özü də böyük məbləğdə - yarım milyon dollar. Artıq ödəmə vaxtı gəlib çatıb. İndi erməni dost Ciqarxanyana faizləri ilə birlikdə 1 milyon 108 min dollar verməlidir. Bu pulların borc qismində verilməsi barədə yazılı sənəd də var. Bu sənəd isə artistin ABŞ-da yaşayan birinci arvadındadır. 

Borcu vermək lazımdır. Amma erməni dost istəmir... Və bu zaman erməni əsilli hansısa qəribə insanlar peyda olur. Onlar dərhal fəal şəkildə teatrın işlərinə qarışır, maliyyə sənədlərinə müdaxilələrə başlayır, hesabdan pul çıxaramağa cəhd edirlər.

Xalq artisti özü isə birdən xəstəxanaya düşür, sonra xidməti otağında ortaya çıxır və yenidən itir. Gənc ermənilər özlərini onun yaxın dostları elan edirlər və hesab edirlər ki, bu onlara aktyorun bütün maliyyə, ailəvi işlərinə müdaxilə etməyə icazə verir.

Aktyor özü isə qəfildən gənc arvadından ayrılmaq fikrinə düşür, onu bütün başına gələnlərdə ittiham edir. Lakin onunla görüşməkdən qətiyyətlə imtina edir. Rusiya kanalının da cütülüyü görüşdürmək təklifi də rədd cavabı alır. 

Xatırladaq ki, xalq artisti bütün əmlakını həyat yoldaşının adına yazdırıb. Amma bu vərəsəlik sənədi də birdən yoxa çıxıb.

Borcun qaytarılması məsələsinə gəldikdə isə bu qarışıqlıqda onu unutdurmağa çalışırlar. İndi aktyor bu hayda deyil... Amma müəyyən edilib ki, hələ borclar haqqında başqa ermənilərlə də sənədlər imzalanıb.

Ekspertlər isə qoca xalq artistinə psixoloji təzyiq edildiyini düşünürlər. Bu ancaq borcu unutması üçün yox, həm də özünün yeni erməni dostlarına ancaq mülklərini deyil, hətta teatrı da qoyması üçün edilir. Bu gün Moskvada o qədər çox erməni var ki, hətta öz ölkələrində belə bu qədər deyillər.  Onların çox böyük hissəsi "böyük piroqdan" nə isə qoparmağa çalışırlar. Ermənilər bunu bacarırır və sevə-sevə edirlər.

Burada artıq Rusiyanın hüquq mühafizə orqanları işə düşməlidirlər. Yəqin ki, biz hələ erməni mafiyasının necə işləməsi barədə çox şey eşidəcəyik.