Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

28 Sentyabr, 2020 09:51 | Siyasət | Baxış sayı: 183
Talış kəndi ətrafında strateji yüksəklilər
Talış kəndi ətrafında strateji yüksəklilər

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

İstiPress-ə bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.