Paşinyan Putinə yalvarmağa başlayıb

28 Sentyabr, 2020 13:15 | Siyasət | Baxış sayı: 986
Putin və Paşinyan
Putin və Paşinyan

Rusiyadan 20 min erməni könüllüsü istəyir

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycan ordusunun əks-hucmları ilə bağlı Rusiya prezidenti Vladimir Putinə zəng edib.

İstiPress-in məlumatına görə, Kremlin mətbuat xidməti telefon zənginin məhz Ermənistan tərəfinin təşəbbüsü olduğunu xüsusi vurğulayıb. 

Rəsmi məlumata görə, Rusiya tərəfi Paşinyana gərginlikdən uzaq durmağı, döyüş əməliyyatlarını dayandırmağı  məsləhət görüb. Amma qeyri-rəsmi məlumatlardan belə görünür ki, Paşinyan Putindən hərbi yardım istəyib.

Bu yardımların sırasında Rusiyadan erməni könüllülərinin hərbi təyyarə ilə Ermənistana daşınmasının olması da güman edilir. Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan Rusiyanın “Podyom” nəşrinə bildirib ki, onlar Rusiyadan regiona 20 min erməni könüllüsü göndərmək üçün hərbi təyyarə istəyirlər.

Adətən, bu cür hərbi dəstək Ermənistana baha başa gəlir. 2016-cı ilin aprel döyüşlərində Serc Sarkisyan döyüşlərin dayandırılması üçün Rusiyadan hərbi dəstək aldı və bu, Ermənistanın diplomatik və hərbi sahədə Moskvaya tabe olması ilə nəticələndi. Görəsən, bu dəstək naminə Paşinyanın əlində Rusiyaya peşkəş etmək üçün hansısa resurs qalıbmı? Bu dəfə Ermənistan hansı atributlarını Moskvaya qurban verəcək?