Ermənistan xəstəxanalarına mülki vətəndaşların qəbulu dayandırlıb

28 Sentyabr, 2020 10:29 | Siyasət | Baxış sayı: 39

Ermənistanın səhiyyə naziri Arsen Torosyan Qarabağda gedən döyüşlərlə bağlı Ermənistan xəstəxanalarında mülki vətəndaşların qəbulunun dayandırılması ilə bağlı  əmr imzalayıb.

İstiPress-in "ArmenianReport"a istinadən məlumatına görə, əmrə əsasən, hazırda xəstəxanada müalicə alan vətəndaşlar sağlamlıq vəziyyətləri qiymətləndirildikdən sonra evə buraxılacaq. Xəstəxanalar yaralı erməni hərbçilər üçün ayrılacaq.

Qeyd edək ki, hazırda cəbhə bölgəsində davam edən döyüşlər zamanı işğalçı Ermənistan ordusu ağır itkilər verib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, düşmənin 550 nəfərdən artıq itkisi var.

Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında ehtiyat qan çatışmazlığı mövcuddur.