Azərbaycanda qismən səfərbərlik elan edilib

28 Sentyabr, 2020 11:11 | Siyasət | Baxış sayı: 100
 Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.