Qarabağda erməni hərbçi öldü

28 Sentyabr, 2019 12:58 | Siyasət | Baxış sayı: 102
Erməni hərbçisi
Erməni hərbçisi

Əsgər ölümcül yaralanıb

İşğal altında olan Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir hərbçisi ölüb. 1999-cu il təvəllüdlü Arman Armenoviç Levonyan ölümcül yaralanıb.

Əsgərin sentyabrın 28-də saat 06: 50-də hərbi hissələrdən birinin təhlükəsizlik zonasında naməlum şəraitdə öldüyü qeyd olunur.

Hadisənin təfərrüatlarını öyrənmək üçün araşdırma aparılır.