Putin Bakıda erməniləri necə peşman etdi?

28 Sentyabr, 2018 09:00 | Siyasət | Baxış sayı: 394
Vladimir Putin və İlham Əliyev cüdo yarışlarını izləyiblər
Vladimir Putin və İlham Əliyev cüdo yarışlarını izləyiblər

Rus politoloqlar Vladimir Putinin Azərbaycana ötən gün baş tutan səfərini şərh ediblər

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri mükəmməl keçdi. Rusiyalı ekspert, MDB ölkələri institutunun müdir müavini Vladimir Jarixin belə düşünür. Onun fikrincə, Rusiya və Azərbaycan arasında əlaqələr bu gün ən yaxşı səviyyədədir.

Bundan başqa digər ekspertlər də qeyd edirlər ki, Bakı birinci yerdə antirusiya ritolikası və qərb mövqeyi nümayiş etdirən Tiflis, İrəvanın yürütdüyü siyasəti izləmək niyyətində deyil. Bunun üçün də Azərbaycan-Rusiya diplomatik əlaqələrini əla hesab etmək olar.

Soçidə, daha sonra isə Bakıda imzalanan razılaşamalar və müqavilələr dövlətrarası əlaqələrin gələcək inkişafı üçün əlavə baza yaradır. Bu müqavilələr isə müxtəlif sahələri -  hərbi texniki, humanitar, iqtisadi və s. əhatə edir. 

Bununla yanaşı politolqar qeyd edirlər ki, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ və ona bitişik rayonların işğalıdır. Ekspertlər düşünürlər ki, bu məsələyə iki ölkə prezidenti - Vladimir Putin və İlham Əliyevin təkbətək görüşündə toxunulub. Düzdür, bununla bağlı heç bir bəyanat verilməyib. Amma eskpertlər bir məsələyə diqqət çəkirlər – bütün erməni mətbuatı Vladimir Putinin Bakı səfəri haqqında susdu.

Onların fikrincə, bu, Putinin köməkçisinin prezidentin Ermənistana səfərinin bu il baş tutma ehtimalının az olması, ümumiyyətlə səfərin olub-olmayacağının hələ sual altında olması haqqında bəyanatı ilə bağlıdır.  Bu isə bir daha göstərir ki, Rusiyanın Ermənistanla əlaqəsi korlanamağa başlayıb.