Prezidentlər Düşənbədə - fontan ətrafında qalustuksuz görüş VİDEO

28 Sentyabr, 2018 09:30 | Siyasət | Baxış sayı: 150
İlham Əliyev Düşənbədə
İlham Əliyev Düşənbədə

İlham Əliyev də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistana səfər edib. Düşənbə şəhərinin beynəlxalq aeroportunda prezidenti Tacikistanın Baş nazirinin müavini Azim İbroxim və digər rəsmi şəxslər qarşılayıblar.

Ötən gün Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin də Düşənbədədir.

Axşam saatlarında MDB dövlət başçısılarının qyeri-rəsmsi görüşü olub. Ölkə prezidenti Emomali Rahmon iqamətgahında toplaşan prezidentləri salamlayıb. Qeyri-rəsmi görüşdə Putinlə yanaşı, Azərbaycan, Qırxızıstan, Belarus, Qazaxıstana, Ermənistan və Moldova rəhbərləri də iştirak ediblər. Onların şərəfinə ziyafət təşkil edilib. Ziyafət şərq üslubunda bəzədilən veranda da, ətrafı bol meyvələrlə bəzədilən fontanın yanında oval masada təşkil edilib. 

İclas çərcivəsində müxtəlif formatlarda əsas danışıqlar bu gün baş tutmalıdır.