Raket komplekslərinin növbəti partiyası Azərbaycana gətirilib
Belarusdan alınan 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası Azərbaycana gətirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən, 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası Azərbaycana gətirilib.
Xatırladaq ki, “POLONEZ” kompleksinin maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir.
“POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur.
Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.
"Sən hələ yenisən, öz tarixini öyrən"
Artıq "valideyn 1" və "valideyn 2" olacaq
Bu barədə prezident sərəncam imzalayıb
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub