Ərdoğanın mətbuat konfransında gərginlik FOTOLAR

28 Sentyabr, 2018 16:17 | Siyasət | Baxış sayı: 225
Merkellə Ərdoğanın mətbuat konfransında etiraz
Merkellə Ərdoğanın mətbuat konfransında etiraz

Jurnalisti salondan çıxardılar

Almaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkənin kansleri Angela Merkel ilə birlikdə keçirdiyi mətbuat konfransı zamanı gərgin anlar yaşanıb.

İstiPress-in məlumatına görə, konfransda iştirak edən jurnalistlərdən birini təhlükəsizlik xidməti salondan zorla çıxarıb. Buna səbəb isə onun etiraz məqsədi ilə geyindiyi geyim olub. 

Etiraz alman jurnalistin həbsdə olan almanlarla bağlı Merkelə sual verməsindən sonra gerçəkləşdirilib. Adı açıqlanmayan jurnalistin etiraz məqsədi ilə geyindiki geyimin üzərində alman və türk dillərində "jurnalistlərə azadlıq" yazısı olub. Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal onu ərazidən uzaqlaşdırıblar. 

Türkiyə prezidenti baş verənləri gülərək izləyib. Jurnalist zaldan çıxarıldıqdan sonra prezidentlə kanslerin mətbuat konfransı davam edib.