Azərbaycan Qarabağa gedən avropalı parlamentariyə cinayət işi açdı

28 Sentyabr, 2018 14:51 | Siyasət | Baxış sayı: 49
Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

"Bu şəxs Ermənistan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərir"

Azərbaycan XİN erməni mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb.

"Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb.

Ermənistan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bu şəxs, Ermənistan hakim dairələrinin işğalçı siyasətinə haqq qazandırmaq və onların təcavüzkar siyasətini təşviq etmək mövqeyini sərgiləyir".