S-400 raketi uçmadı, qayıdıb hərbçilərin üstünə düşdü

28 Avqust, 2020 17:31 | Siyasət | Baxış sayı: 1057

Rusiyanın Həştərxan vilayətindəki Aşuluk hərbi poliqonunda “Army 2020” beynəlxalq ordu oyunları çərçivəsində keçirilən yarış zamanı təhlükəli insident baş verib.

İstiPress-in məlumatına görə, avqustun 26-da Rusiya ordusunun Havadan Müdafiə Qüvvələrinin yarışa qatılan heyəti S-400 “Triumf” zenit-raket kompleksindən raket atışı həyata keçririb. Lakin raket uçmaqdan “imtina edib” və geri qayıdaraq hərbçilərin üstünə düşüb.

“İnfoResist” portalı  xəbər verir ki, bu səhnənəi Avropa press-foto agentliyinin fotoqrafı Yuri Koçetkov çəkə bilib. Müvafiq görüntülər İnstagram-da da yerləşdirilib, amma bir sutka sonra silinib.

Ehtimal edilir ki, raketin yürüş mühərriki işə düşməyib və nəticədə o, start mühərriki ilə bir neçə metr yuxarı qalxdıqdan sonra “geri qayıdıb”. İstisna deyil ki, raketin istifadə müddəti bitmiş olub.

S-400 “Triumf” zenit-raket kompleksləri Rusiya tərəfindən beynəlxalq silah bazarında geniş reklam edilir və bir çox ölkələr onu almaq üçün növbəyə düzülüblər.