Putin COVID-19 peyvəndindən sonra qızının durumundan danışdı

28 Avqust, 2020 10:32 | Siyasət | Baxış sayı: 102
Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, qızı koronavirus peyvəndinin sınağından sonra özünü yaxşı hiss edir.

İstiPress-in məlumatına görə, Putin bunu "Rossiya 1" kanalına müsahibəsində bildirib.

"Bu gün bizim mütəxəssislər üçün tamamilə aydındır ki, bu vaksin davamlı immunitet yaradır. Qızımda olduğu kimi anticisimlər yaranır və onlar zərərsizdir. Tanrıya şükürlər olsun ki, qızım özünü yaxşı hiss edir", - Putin bildirib.

Onun sözlərinə görə, vaksinin qəbulundan sonra qızında birinci gün 38,4, ikinci gün isə "37-dən bir az çox" temperatur olub.

"21 gündən sonra ikinci peyvənddən sonra da temperaturun kiçik qalxması olub, amma hər şey normaldır", - prezident qeyd edib.