İran Naxçıvana yeni baş konsul təyin etdi

28 Avqust, 2019 20:32 | Siyasət | Baxış sayı: 33
Tehran - İranın paytaxtı
Tehran - İranın paytaxtı

Yeni konsul Xarici İşlər Nazirliyində olub

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının ölkəmizdə yeni təyin edilmiş baş konsulu Seyid Əhməd Hüseyni ilə görüşüb.

İstiPress-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı Seyid Əhməd Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə baş konsul Seyid Əhməd Hüseyniyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı Azərbaycan ilə İran arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə edilib.

Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.