Gürcüstan Rusiya ilə barışıq şərtini açıqladı

28 Avqust, 2019 16:13 | Siyasət | Baxış sayı: 164
Salome Zurabişvili
Salome Zurabişvili

"Bunu görsək gələcək dialoqa hazır olacağıq"

Gürcüstan preezidenti Salome Zurabişvili ölkəsinin Rusiya ilə münasibətlərini normallaşdırma şərtlərini açıqlayıb. O " Euronews"a müsahibəsində qeyd edib ki, Rusiyanın mövqeyindəki dəyişiklik Tiflis ilə Moskva arasında dialoqun bərpasına xidmət edə bilər. Ancaq bu şəraitdə Tiflis Rusiya ilə əlaqəyə hazır olacaq.  

"Hər hansı əlaqə, onları bərpa etmək üçün Rusiyanın bizim kimi kiçik qonşusuna münasibəti, mövqeyindəki dəyişiklik baş verdiyini aydın anlamaq lazımdır. Bununla yanaşı əlaqələrin zorakı yolla qurula bilməyəcəyini də etiraf etmək lazımdır.

Bu istiqamətdə dəqiq siqnallar görəndə mən əminəm ki, gələcək dialoqa hazır olacağıq". 

Prezident xatırladıb ki, iki ölkə arasında 2008-ci ildən diplomatik münasbət yoxdur.