Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Minskdə saxlanıldı

28 Avqust, 2019 09:12 | Siyasət | Baxış sayı: 47
Minsk hava limanı
Minsk hava limanı

Türkiyəyə uçmağa hazırlaşırmış

Belarusda beynəlxalq axtarışda olan azərbaycanlı qadın saxlanılıb.

IstiPress-in məlumatına görə, bu barədə naviny.by saytı xəbər yayıb.

Bildirilir ki, avqustun 27-də Minsk aeroportunda hüquq-mühafizə orqanları tərəfindən Türkiyəyə uçmağa hazırlaşan iki qadın saxlanılıb.

Onlardan biri 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı, digəri isə 39 yaşlı Azərbaycan vətəndaşıdır.

Hər iki qadın haqqında beynəlxalq axtarış elanı var imiş.

Saxlanılanların adları açıqlanmayıb.