Məzardan son müraciət

28 Avqust, 2018 09:12 | Siyasət | Baxış sayı: 105
Con Makkeyn
Con Makkeyn

Həftəsonu ölən Makkeyn ABŞ prezidentini tənqid edib

"Mən ölkəmə vicdanla qulluq etməyə çalışdım. Səhvlərim oldu, amma ümid edirəm ki, Amerikaya sevgim onlardan daha güclüdür". İstiPress-in məlumatına görə, bunu bir neçə gün öncə beyin xərçəngindən 81 yaşında dünyasını dəyişən senator Con Makkeyn son müraciətində deyib.

O, ölümündən öncə etdiyi son müraciətində prezident Donald Trampın siyasətini də tənqid edib. Senator bildirib ki, divarları yıxmaq əvəzinə onun arxasında gizlənəndə ölkənin qüdrəti də zəifləyir. Ehtimal ki, siyasətçi Meksika ilə sərhəddə inşa edilən divarı nəzərdə tutaraq belə deyib. 

"Biz dünyanın ən böyük dövlətinin sakinləriyik. Biz bəxtiyarıq. Amerikalılar heç vaxt getmir, heç vaxt təslim olmur. Biz heç vaxt tarixdən gizlənmirik. Əlvida amerikalıəlar, Allah sizi və Amerikanı qorusun".