XİN rəsmisi işə qarışdı - "Ermənistan veto haqqından istifadə edəcək"
Ermənistan rəsmən Azərbaycanın KTMT-yə üzv olmasına qarşı çıxdı. Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük niyyətini bəyan etsə, Ermənistan veto haqqından istifadə edəcək. Bu barədə Ermənistan XİN-nin mətbuat katibi vəifəsini icra edən Anna Naqdalyan məlumat verib.
Onun sözlərinə görə, KTMT-də olduğu kimi, Avrasiya İqtisadi Birliyində də qərarlar iştirakçı ölkələrlə ortaq müzakirələrindən sonra verilir. "Ermənistan tərəfi öz fikrini səsləndirib".
A.Naqdalayan qeyd edib ki, Azərbaycanın KTMT-yə üzv olma imkanları analitik dairələrdə müzakirə edilir. “Əgər bu məsələ gündəmə gəlsə, Ermənistan veto hüququndan istifadə edəcək”.