Prezidentin mesajı ortalığı qarışdıracaq

28 Avqust, 2017 15:20 | Siyasət | Baxış sayı: 296

Donald Tramp meksikalılar haqda elə ifadə işlətdi ki...

ABŞ prezidenti Donald Tramp "Twitter"-də yazdığı mesajda Meksika xalqını hədəf alıb. İstiPress CNN-ə istinadən xəbər verir ki, Tramp meksikalıları dünyanın ən cinayətkar milləti adlandırıb. Prezident yazıb ki, məhz bu fakta görə ABŞ və Meksika arasında divar olmalıdır.

Xatırladaq ki, Nümayəndələr Palatası bu ilin iyununda Meksika ilə sərhəddə divar tikintisinə vəsait ayrılması barədə qanun qəbul edib.