Partlayışdan sonra sərhəddə VƏZİYYƏT

28 Avqust, 2017 09:37 | Siyasət | Baxış sayı: 355
Samur sərhəd keçid məntəqəsi
Samur sərhəd keçid məntəqəsi

"Yayılan bütün məlumatlar cəfəngiyyatdır"

Azərbaycan-Rusiya sərhədinin Azərbaycan ərazisindəki bütün keçid məntəqələrində Rusiyaya keçiddə heç bir problem yoxdur. Rusiya ilə sərhəddə olan Samur keçid məntəqəsində də heç bir tıxac və növbə yoxdur. Qonşu ölkəyə gedən bütün nəqliyyat vasitələri maneəsiz olaraq Rusiyaya keçir, heç bir ləngimə və tıxacdan söhbət gedə bilməz. Bu barədə İstiPress-in şimal bürosuna Xaçmaz gömrük idarəsinin Samur gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov "Rusiya ilə sərhəddə tıxac varmı?" - sualımızı cavablandırarkən deyib və yayılan məlumatı cəfəngiyyat adlandırıb.

Xatırladaq ki, Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb ki, bu səhər Azərbaycan-Rusiya sərhədində avtomobil tıxacı yaranıb. Əraziyə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları cəlb olunub.