İlham Əliyev köməkçisi barədə sərəncam verdi

28 Avqust, 2017 16:55 | Siyasət | Baxış sayı: 483
İlham Əliyev fərman imzalayıb
İlham Əliyev fərman imzalayıb

O, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Natiq Ərziman oğlu Əmirovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

İstiPress xəbər verir ki, N.Əmirov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. 

Qeyd edək ki, N.Əmirovun 50 yaşı tamam olur. O, hazırda Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi vəzifəsində çalışır. 

Natiq Əmirov - Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi
Natiq Əmirov - Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi