Azərbaycan və Ermənistanın dini liderləri görüşəcək

28 Avqust, 2017 13:16 | Siyasət | Baxış sayı: 85
Moskva
Moskva

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskvada bütün ermənilərin katolikosu II Qaregin arasında görüş keçiriləcək.

QMİ-dən İstiPress-ə verilən məlumata görə, görüş Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin təşkilatçılığı ilə baş tutacaq.

Sentyabrın 8-də baş tutacaq görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq.