XİN: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir

28 İyul, 2020 13:39 | Siyasət | Baxış sayı: 16
XİN
XİN

"Azərbaycan Üçtərəfli Təmas Qrupunun iyulun 27-də əldə olunan sazişini nəzərə alır".

İstiPress-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir.