Türkiyə helikopterləri də Naxçıvana gəldi - VİDEO

28 İyul, 2020 18:15 | Siyasət | Baxış sayı: 102
Türkiyə hərbçiləri Naxçıvanda
Türkiyə hərbçiləri Naxçıvanda

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gəlib.

İstiPress-in məlumatına görə, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib.

Yük təyyarələri ilə gətirilən Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş vertolyotları Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir.