İstanbula təyin olunan yeni baş konsul ANS-də telejurnalist olub

28 İyul, 2020 16:56 | Siyasət | Baxış sayı: 278
Nərminə Mustafayeva
Nərminə Mustafayeva

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İstanbulda baş konsulu təyin edilmiş Nərminə Elsevər qızı Mustafayeva  90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub.   

İstiPress Modern.az-a istinadən xəbər verir ki, həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb.