Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı

28 İyul, 2019 11:59 | Siyasət | Baxış sayı: 190
Sərhəddi yoxlayan əsgər
Sərhəddi yoxlayan əsgər

Dövlət Sərhəd Xidməti məlumat yaydı

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir.

İstiPress-ə bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­muşdur.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.