İki supergücün lideri razılaşdı

28 İyun, 2018 11:55 | Siyasət | Baxış sayı: 69
Tramp və Putinin maskasını taxan azarkeşlər
Tramp və Putinin maskasını taxan azarkeşlər

Putin Trampla görüşəcək

ABŞ, prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında görüş baş tutacaq. İstiPress-in məlumatına görə, iki super gücün dövlət başçılarının görüşü barədə razılıq əldə edilib.

Bu barədə Tramp özü məlumat verib. O, qeyd edib ki, görüş onun Avropa turnesi ərəfəsində baş tuta bilər. Görüşün dəqiq yeri və zamanı bilinməsə də, onun NATO sammitindən sonra, Helsinkidə baş tuta biləcəyi istisna edilmir. Sammit isə iyulun 11-12-də olacaq. 

İki prezidentin görüşü barədə razılıq ABŞ prezidentinin köməkçisi Con Boltonun Moskva səfəri zamanı əldə edilib.