Fazil Məmmədovun vəziyyəti pisləşdi

28 İyun, 2018 15:51 | Siyasət | Baxış sayı: 236
Fazil Məmmədov
Fazil Məmmədov

Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti pisləşdiyi üçün təcili Türkiyəyə aparılıb.

İstiPress bildirir ki, F.Məmmədovun yaxınlarından verilən məlumata görə, sabiq nazirin qaraciyərində problem yarandığı üçün Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib.  

Başqa məlumata görə, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış.

Türkiyədəki Ankara hospitalın həkimi, daxili xəstəliklər və hemotoloji uzman Süleyman Dinçer də Fazil Məmmədovun onun xəstəsi olduğunu təsdiqləyib:

“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.

S.Dinçer Fazil Məmmədovun bu dəfə yaranmış narahatlığı ilə bağlı Türkiyəyə gəlmədiyini, Amerikada müalicə aldığını vurğulayıb.