Azərbaycanın hərbi texnikası onları da şoka saldı

28 İyun, 2018 11:20 | Siyasət | Baxış sayı: 519
Azərbaycana məxsus hərbi təyyarələr
Azərbaycana məxsus hərbi təyyarələr

Bakıya “Polonez” satan Belarus da tənqidə məruz qalıb

Azərbaycan haqqında əsassız xəbərlər yayan, Rusiyanın erməni meyilli xəbər portalı “Regnum” Bakıda keçirilən hərbi paradı şərh edib. Hərbi texnika, hərbçilərin çıxışları portalın ekspertlərini sadəcə şoka salıb. İndi onlar gözlənilməz nəticəyə gəliblər – Azərbaycan Ermənistanı ilkin zərbəyə vadar edir. Kəskin tənqidə Bakıya “Polonez” satan Belarus da məruz qalıb.

Əsas vurğu isə Azərbaycanda uzaqməsafəli və yüksək texnologiyalı silahların artdığına edilib. Onlar Azərbaycanın hər hansı zərbə vurmaq imkanlarının artdığını deyirlər. Bu isə rəsmi İrəvanı əsas zərbəyə vadar edə bilər. Başqa çıxış yolunu onlar görmürlər. Ancaq yol var – sadəcə erməni silahlı qüvvələrini işğal edilən torpaqlardan çıxarılmalıdır.

Ekspertlər Ermənistanın Azərbaycandan fərqli olaraq qırıcı aviasiyaya sahib olmadığını etiraf etməli olublar. Nikol Paşinyanın bir müddət öncə çoxhədəfli Rusiya qırıcısı “Su-30” kabinasındakı fotosu onların ümidlərini artırmışdı. Lakin sonradan bəlli olub ki, bu təyyarə Rusiyanın Gümridəki hərbi bazasındadır. Bu cür hərbi texnikanın alışı ilə bağlı Rusiya ilə danışıqlar isə bir neçə ildir davam edir. Lakin nəticə sıfırdır.

İrəvan Moskvadan bu iş üçün çoxmilyonluq kredit istəyir. Rusiya isə qəti şəkildə imtina edir və pul tələb edir.

Erməni politoloqların dediyi kimi - biznesmenlərin əlindən alınan korrupsiya pulları isə belə təyyarələr üçün ancaq şosse almağa yetər. Belə olan halda Ermənistanın Azərbaycana hansı yolla zərbə vurmaq niyyəti isə böyük hərbi sirr və erməni xülyası olaraq qalır. 

Parad
Parad