Azərbaycanın bir addımlığından ABŞ-a təhdid

28 İyun, 2018 10:00 | Siyasət | Baxış sayı: 150
İran bayrağı
İran bayrağı

"Diz çökdürəcəyik"

"ABŞ-ı diz üstə çökdürəcəyik". İstiPress-in məlumatına görə, bunu Azərbaycanın cənub qonşusu olan İranın prezidenti Həsən Ruhani deyib. O, hökumətin qorxacağını, istefa verib və çəkiləcəyini düşünənlərin səhv etdiyini bildirib. İran lideri Vaşinqton qarşısında boyun əyməyəcəklərini deyib. 

Dövlət başçısı çıxışında iqtisadi məsələlərə və işsizliklə bağlı problemlərə də toxunub. O, deyib ki, hakimiyyət daxili bazarda vəziyyəti normallaşdırmaq üçün daha çox səy göstərməlidir. 

Ruhani qeyd edib ki, İran bütün dünyaya öz çətinlikləri və problemlərinin öhdəsindən gələ biləcəyini göstərməlidir. "Öz qüdrəti, azadlığı, demokratiyası, din və mədəniyyətinə toxunulmadan".