Azərbaycan sülhməramlılarını artıra bilər

28 İyun, 2018 08:49 | Siyasət | Baxış sayı: 57
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

Prezident belə deyib

"Azərbaycan gələcəkdə Əfqanıstandakı öz hərbçilərinin sayını artırmağa hazırdır". Bunu  ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uelslə görüşdə prezident İlham Əliyev deyib. 

Dövlət başçısı bildirib ki, Azərbaycan Əfqanıstan hökumətinə birbaşa və beynəlxalq səylər çərçivəsində dəstək göstərir və eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına öz töhfəsini verir və bu missiyada Azərbaycan hərbçilərinin sayı artırılıb.

Xatırladaq ki, bu gün Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-a yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.