Azərbaycan elitası Əziz Əliyevi Mahaçqalada ziyarət etdi

28 İyun, 2018 19:48 | Siyasət | Baxış sayı: 164

Azərbaycanın nümayəndə qonşu Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində səfərdədir.

İstiPress-in şimal bürosunun məlumatına görə, nümayəndə heyəti Dağıstanın görkəmli siyasi və ictimai xadimi, 1968-1984-cü illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi olmuş Məhəmməd Salam Umaxanovun 100 illik yubileyinə qatılıblar.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun, Milli Məclisin sədri Oqtay Əsədovun, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin daxil oıduğu nümayəndə heyəti Mahaçqala şəhərində  Azərbaycanın və Dağıstanın görkəmli siyasi xadimi Əziz Əliyevin 2016-cı ildə qoyulmuş abidəsini də ziyarət ediblər.

Qusar və Xaçmaz ih başçıları Şair Alxasov və Şəmsəddin Xanbabayev də nümayəndə heyətinin tərkibindədir.  Səfər bu gün başa çatacaq.