Vahid Mustafayev Rəsulzadənin indiyə kimi nəməlum olan çıxışını aşkar edib - VİDEO

28 May, 2018 14:55 | Siyasət | Baxış sayı: 1474
Vahid Mustafayev
Vahid Mustafayev

AXC-nin 100 illiyinə unikal hədiyyə

ANS şirkətinin əməkdaşları Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) banisi Məmməd Əmin Rəsulzadənin müsahibəsinin indiyə kimi naməlum olan unikal audioyazısını aşkar edərək bərpa ediblər.

İstiPress-in məlumatına görə, bu barədə “Haqqin.az”a ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib. Onun sözlərinə görə, keçən ilin sonlarından şirkət AXC-nin tarixindəki ağ ləkələri işığa çıxarmaq məqsədi ilə yeni bir layihəni gerçəkləşdirməyə başlayıb.

“Hər şeydən öncə biz həyat və fəaliyyətinin müxtəlif illərində Rəsulzadənin yerləşdiyi coğrafi məkanları araşdırdıq. AXC banisinin fotolarının və yazılarının tapılması üçün Finlandiyanın, Polşanın və Türkiyənin müvafiq qurumlarına müraciət etdik. Bu məqsədlə biz BBC-dən, “Alman dalğası”ndan, “Amerikanın səsi”ndən olan həmkarlarımıza müraciət etdik. Bizim araşdırmalarımız nəticəsində Rəsulzadənin 1953-ci ildəki çıxışının unikal audioyazısı ortaya çıxdı. “Amerikanın səsi”nin redaksiyası lütfkarlıqla onları bizə verdi, özü də qarşılığında heç nə tələb etmədən. Lentlər çox pis durumda idi, hətta inanmaq olmurdu ki, onları bərpa etmək mümkündür. Ancaq ən cağdaş avadanlığa malik “Balans” milli animasiya studiyasının mütəxəssislərinin səyləri nəticəsində mümkün olmayanı mümkün etməyi bacardıq. Beləliklə, biz M.Ə.Rəsulzadənin “Amerikanın səsi”nə verdiyi iki müsahibəsini bərpa etdik. Onlardan biri birbaşa AXC-nin fəaliyyəti ilə bağlıdır, digəri isə SSRİ-nin Stalindən sonrakı mövcudluğunun təhlilidir. Biz onların bərpasının üzərində üç aydan çox işləmişik”, - deyə ANS Şirkətlər Qrupunun başçısı bildirib.

V.Mustafayevə “Alman dalğası”nın redaksiyasında bildiriblər ki, indiyə kimi dahi liderin unikal audiomüraciətini almağa Azərbaycandan heç kim müraciət etməyib.

V.Mustafayev əmindir ki, AXC-nin fəaliyyət dövrü demokratiyanın Azərbaycanda, müvəqqəti də olsa, təntənə dövrüdür.

“AXC tarixini öyrənərək müfəssəl şəkildə əmin olmaq mümkündür ki, onun baniləri mahiyyətcə nümunələrini indiki zəmanəmizdə Avropa demokratiyalarında gördüyümüz demokratik dövlət yaradıblar. Bu insanlar indi də ultra-çağdaş sayılardılar, keçən əsrin başlanğıcında onların Şərqdə gerçəkləşdirdiyi işlər sadəcə fantastikadır. AXC-dəki demokratiya səviyyəsi o qədər yüksək idi ki, Avropanın indi liberal sayılan çox ölkələri həmin vaxt ona həsəd aparırdılar”, - deyə tanınmış jurnalist vurğulayıb.

V.Mustafayev şübhə etmir ki, AXC-nin baniləri indi yaşasaydılar Azərbaycanın öz müstəqil dövlətini bərpa etməsi ilə qürur duyardılar, onun üçrəngli bayrağı yüksələrə qalxıb, dövlət himni bu gün dünyanın bütün qitələrində səslənir.

“Məmməd Əmin Rəsulzadənin peyğəmərliklə dediyi “bir kərə yüksələn bayraq bir daha enməz” sözləri bu günkü Azərbaycan üçün də aktualdır. Şəksiz, həm Rəulzadənin özü, həm də silahdaşları üçün müasir Azərbaycanın qazana biləcəyi və indi qazandığı uğurlar o vaxt xüsusi qürur mövzusu idi. Bəz əlbəttə ki, AXC-nin irsini araşdırmağı davam etdircəyik, Şərqin ilk demokratik respublikasının məhsuldar fəaliyyətinin yeni sübutlarını aşkar etmək üçün səylər göstərəcəyik”, - deyə V.Mustafayev bildirib.